Şirkət haqqında

NATIONAL MILITARY TECHNOLOGY GROUP

Şirkət haqqında

National Military Technology Group (NMTECH Group) MMC şirkətlər qrupu olaraq, İsrailin müdafiə yönümlü texnologiyalar istehsalçıları ilə birlikdə təsis edilmiş, Caspian Ship Building Company (CSBC) və Caspian Meteor (CM), iki ixtisaslaşmış tərəfdaş şirkətlərin bazasında yaradılmışdır.

Bu tərəfdaş şirkətlər tərəfindən gəmiqayırma və gəmilərin təmiri sahəsində sahil mühafizəsi bölmələri üçün müvəffəqiyyətli layihələr həyata keçirmiş, həmçinin pilotsuz uçuş aparatları, yüksəksürətli qayıqlar, avtonom elektrikli nəqliyyat vasitələri və müxtəlif növ yüksək dəqiqlikli silahlar kimi innovativ, yüksək effektivli və praktikada yoxlanılmış hərbi təyinatlı məhsullar işlənilib hazırlanmışdır.

Çoxsahəli NMTECH Group şirkəti bir sıra müdafiə sənayesi təyinatlı özəl müəssisələrin birləşdirilməsi yolu ilə inteqrasiya edilmiş qurum kimi, öz fəaliyyətində hava, yerüstü və dəniz bazalaşdırmalı daha yüksək effektivli silahlandırma komplekslərinin yaradılması üçün imkanların artırılması məqsədini daşıyır. Bundan əlavə, şirkətdə fəaliyyət göstərən funksional təşkilatların səyləri informasiya texnologiyaları proqramlarının layihələndirilməsi və idarə edilməsinə yönəldilmişdir.

Şirkətin prioritet sahələri:
– strateji və taktiki səviyyələrdə yüksək dəqiqlikli silah komplekslərinin, ümumiləşdirilmiş silahlandırma və texnika sistemlərinin, həmçinin informasiya texnologiyaları sahələrində ikili təyinatlı texnologiyalar əsasında yaradılmış məhsulların işlənilib hazırlanması, istehsalı və təkmilləşdirilməsi;
– əvvəllər istehsal olunmuş məhsulların təmiri və servis xidməti;
– hərbi təyinatlı məhsulların ixracı, onların satışdan sonrakı xidməti üzrə müqavilələrin yerinə yetirilməsinin təmin olunması, həmçinin tərəfdaşların (sifarişçi ölkələrin) ərazisində lisenziyalı məhsulların istehsalının təşkili;
NMTech Group-un fəaliyyətinin qeyri-şərtsiz prioriteti sifarişçinin tələblərinin yerinə yetirilməsi, müvafiq strukturlar üçün perspektivli silah növlərinin işlənilib hazırlanmasıdır. Şirkətin elmi və istehsal potensialı yüksək texnologiyalı məhsullar hazırlamağa və tədarük etməyə imkan verir.

Şirkətin elmi və istehsal potensialı yüksək texnologiyalı məhsullar hazırlamağa və tədarük etməyə imkan verir.